Ramal Aygün Kazımovanın ifasını bəyənmədiyini dedi
Müğənni- bəstəkar Ramal İsrafilov "Biletini alma" mahnısını Aygün
Kazımovanın ifasında bəyənmədiyi üçün özü ifa edib. Bu mahnını
hədiyyə olaraq Aygün Kazımovaya hədiyyə edən R. İsrafilov "Onlar "
verlişində bu barədə açıqlama verib : " Mən Aygün xanımın ifasını
bəyənmədiyim üçün bu mahnını oxudum. Əslində mən bu mahnını Aygün
xanım üçün yazmamışdım. Sadəcə Dj Kazım bu mahnını eşidən kimi dedi
ki, bu mahnını Aygün xanım oxusun. Onu çox istəyir. Mən də
razılaşdım".
Əslində Ramal İsrafilov xalq artistindən incədiyini də açıqlayıb : " Aygün xanımın ad günündə bu mahnını ifa etdim və o masa arxasında oturub, əl çalsa da mahnının olmadığını bildirib: " Mahnı olmamış". Düzdü o, zarafat kimi deməsə də bu sözü, mən elə qəbul etdim".