Əlaqə Arxiv
news Image
2014.02.13
11:22
| A A A
Ramal Aygünə belə yalvarıb, üzr istədi ...

Ramal İsrafilov və Aygün Kazımova arasında qalmaqal sülhlə nəticələnib. Mövqe.az xəbər verir ki, Ramal İsrafilov xalq artistindən üzr istəyib. Həmin üzr mesajını Aygün Kazımova öz səhifəsində paylaşıb: 


"Haqsızlar öz cəzalarını tapacaqlar. Əslində, mən elə söz demək istəmədim. Aparıcı qızın mənə cümləni birbaşa o cür ünvanlamağına elə də cavab verdim. Amma bilməzdim ki, belə yanlış müsahibə olar. Mənə şans verin, mən indi şounun nə demək olduğunu və kimlərin hoqqalar qurduğunu bilirəm. Onlar sevinir. Sizdən necə lazımdırsa, üzr istəyə bilərəm. Xahiş edirəm, məni öz uşağınız kimi qəbul edin. Sizi heç vaxt heç kimə dəyişmərəm. Allaha and içirəm ki, bu məsələ belə qalmayacaq. Mən efirdə sizdən üzr istəyəcəyəm. İstəsəniz, gələn dəfə müsahibə verib o cür demək istəmədiyimi bildirim. Amma məndən küsməyin, siz çox böyüksünüz". 


Ramalın üzrxahlığına isə xalq artisti A. Kazımova belə cavab verib : "İndi siz söyləyin, onu bağışlamaq olarmı? Yox, canım Ramalım, ehtiyac yoxdur".


Xatırladaq ki, "Onlar" verlişinə açıqlamasında müğənni Ramal İsrafilov Aygün Kazımovanın onun müəllifi olduğu "Biletini alma" mahnısını yaxşı ifa etməməsini söyləmişdi:" Aygün Kazımovanın "Biletini alma" mahnısını ifa etməsi məni qane etmədi. Ona görə həmin mahnını özüm oxudum".

Sizin Reklam Yeriniz