Əlaqə Arxiv
news Image
2012.06.08
15:15
| A A A
Azərbaycanlı iş adamı müğənni Rihannanı açılışa dəvət edəcək
Mövqe.Az Türkiyənin "Hürriyet" qəzetinə istinadən yazır ki, Azərbaycanlı iş adamı ," Palmali "şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov 15 iyun tarixində Bodrumda " Palmarina Yalıkavak" adlı məkanının açılışını edəcək. Bu yeri Mənsimov keçən il iş adamı Cefi Kamhidən almışdı.Məlumatlara görə , bu məkana 20 milyon dollar xərclənib.15 iyunda açılışda dünyaca məşhur müğənni Rihannanın çıxışı gözlənilir. Rihannanın Yunan adalarından Bodruma özəl vertolyotla gətirilməsi və  M.Mənsimova məxsus "Palmalife" otelində qalacağı planlaşdırılır.
Sizin Reklam Yeriniz