Əlaqə Arxiv
news Image
2014.02.17
14:10
| A A A
"Ermənistan kimi kasıb ölkə pul tapıb öz qrupunu həmin festivala göndərə bilib, amma biz..."

Martın 11-16 tarixlərində Texasda "Amerika Cənub-Qərb Dünya Musiqisi Festivalı" keçiriləcək. Hər ölkə bu festivala qrup şəklində qatılacaq. Bi müddət əvvəl xanəndə Qocaq Əsgərova mötəbər tədbirdə iştirakı üçün dəvət gəlib. Bundan öncə Qocağın bütün külliyatı toplanaraq festival təşkilatşılarına təqdim olunub. Onun dünya miqyaslı müsabiqələrdə qalib olduğunu bilən təşkilat komitəsi Q.Əsgərova festival müddətində 3 geniş konsert proqramı ilə çıxış etmək imkanı yaradıb. Lakin maliyyə problemi səbəbindən azərbaycanlı heyətin festivala qatılğacağı sual altındadır.

Mövqe.az-ın əməkdaşı ilə danışan xanəndə belə bir festivalda Azərbaycanın adının hallandırılmasını vacib hesab edir:

"Ermənistan kimi kasıb ölkə pul tapıb öz qrupunu həmin festivala göndərə bilib. Artıq ermənilərin promo-turları başlayıb. Biz isə heç vizamızı ala bilməmişik. Bu, silsilə şəklində, bir çox ölkələrə səs salan geniş bir layihədir. İştirakçılar kor-təbbi seçilmir. Onlar səs yazılarımı dinləyib, müsabiqələrdə uğurumu biləndən sonra ən böyük şansı mənə verdilər. Amma bu şansı dəyərləndirə bilmirik. Bir neçə əlaqədar təşkilatlara müraciət olunsa da, müsbət cavab ala bilməmişik. Təşkilat komitəsi isə bizdən cavab gözləyir. Mənim martın 12-də ilk konsertimin hazırlıqları gedir. Amma biz onlara "gələ bilmirik" sözün deyə bilmirik. Hər üç konsertdə muğamlarımız səslənməlidir. Bunu isə əksəriyyət ölkələr dinləyəcək. Səs yazısı yayılacaq" –deyən Qocaq Əsgərovdan lazım olan vəsaiti xəbər aldıq. Xanəndə bütün xərclərin 10 min manat təşkil etdiyini bilridi.

"Biz musiqiçilərin elə bir gəlir yeri yoxdu ki, bunu öz büdcəmiz hesabına həll edək. Yenicə öyrənmişik ki, ermənilərlə yanaşı İran, Türkiyə təmşilçiləri də bəlli olub və iştirakı təsdiqlənib" - deyə xanəndə bildirdi.

Sizin Reklam Yeriniz