Əlaqə Arxiv
news Image
2014.02.18
16:22
| A A A
Emma kökləri təmənnasız arıqladacaq
Mövqe.az xəbər verir ki, müğənni Emma Ələkbərzadə aparıcılığa başlayır.

Sənətçi bu haqda açıqlamasında deyib. O, verilişində arıqlamaq istəyənlər üçün məsləhətlər verəcək:

"Layihə internet telekanallarından birində yayımlanacaq. İstəyənləri təmənnasız arıqladacam. İnsanlara xeyir verməyi düşünürəm. Mənə yaxşı dietoloq lazımdır. Amma hazırda bu sahədə işinin peşəkarı olan birini tapa bilmirəm. Mən 40 il Amerikada təcrübəsi olan bir həkimin məsləhəti ilə arıqlamışam. Tamaşaçılarıma da bu cür peşəkar məsləhət vermək istəyirəm. Verilişdə adi yeməklər olmayacaq. Qeyri-adi, maraqlı menyular hazırlayacağıq. Kanalın adını yaxın günlərdə açıqlayacam. Gələn həftə sınaq çəkilişləri olacaq. (Axşam.az)
Sizin Reklam Yeriniz