İlkin Həsəni qəzaya düşdü
Mövqe.az xəbər verir ki, aparıcı İlkin Həsəni avtomobil
qəzasına düşüb. Bu haqda teleaparıcı açıqlamasında
bildirib.
Onun sözlərinə görə, hadisə "Bozbaş pictures"in Göyçayda aparılan çəkilişləri zamanı baş verib:
"Qəza yeni baş verib. Buna görə də təfərrüatlı danışa bilmirəm. Onu əlavə etmək istəyirəm ki, hamımız – çəkiliş heyəti olmaqla sağ-salamatıq. Heç kim xəsarət almayıb". (Gün.Az )