Movqe.Az xəbər
verir ki, hazırda ölkəmizdə yaşayan həmin şəxs Səlçuq Sami
Gökgözdür. Tamaşaçılar onu daha çox müğənni Səidə Dadaşovanın həyat
yoldaşı kimi tanıyırlar. Bəzi məclislərdə həyat yoldaşı Səidə
Dadaşova ilə duet oxuyan S.S.Gökgöz milli şou-biznesə qatılmaq
fikirini etiraf edib. S.S.Gökgöz, Movqe.Az-a açıqlamısnda bildirb
ki, ifaçılıq sənəti ilə ABŞ-da yaşadığı illərdən bəri məşğuldur və
ifa etdiyi mahnılar "Country-rok" musiqi janrındadır. O, ABŞ-da
yaşayanda NATO-da müfəttiş işlədiyi zaman klublarda səhnəyə
çıxdığını deyib: "ABŞ-ın Denver
ştatında bir neçə il yaşamışam və orada da "Country-rok" musiqi
janrına aşiq oldum. Bundan sonra həmin musiqi janrda mahnılar ifa
etməyə başladım. Hər həftə sonu NATO-da müfəttiş işlədiyin vaxtlar
ştatın klublarında oxuyurdum. NATO-da 26 il çalışdım. Hazırda isə
Azərbaycanda mahnılarımı ifa etmək istəyirəm. Artıq Bakının
möhtəşəm klublarında çıxış edirəm".
S.S.Gökgöz, həyat yoldaşı, müğənni Səidə Dadaşova ilə Türkiyədən Bakıya köçdükdən sonra ifaçılıq sənətlərini davam etdirdiklərini dedi: "2011-ci ildə təqaüdə çıxdım və həyat yoldaşım Səidə ilə Türkiyədən Bakıya köçdük. Səidə sənətini davam etdirməyə başlayıb. Mən də ifa etdiyim mahnıları burada oxuyuram", S.S.Gökgöz söylədi.
Fuad Mədətov