Flora Kərimova villət vəkilinin barışıq təklifinə nə dedi ?
Mövqe.az xəbər verir ki, millət vəkili Etibar Hüseynov son zamanlar
şou-biznesdə baş verən qalmaqallara, soyuq müharibəyə maraqlı
yanaşma nümayiş etdirib. O, İlhamə Quliyeva və Flora Kərimova
arasında yaşananları, sovet dövrü zamanı müşahidə edilən Alla
Puqaçova və Sofiya Rotaru arasındakı soyuq müharibə ilə müqayisə
edib. Xalq artisti Flora Kərimovadan millət vəkilinin bu
sözlərinə "Şoubiz" verlişində cavab gəlib : " Bu barışıq ola
bilməz. İlhamə Quliyevanın məndən fərqli olaraq Azərbaycan
musiqisində, incəsəntində yadda qalan, dəyərli heç bir əməyi
yoxdur".
Qeyd edək ki, "Şərəf" və "Şöhrət" ordenli xalq artisti İlhamə Quliyeva isə hələki məsələyə cavab verməyib.