" Mədəniyyətimizə qulluq edilməlidir. Bu söhbətlər önəmli deyil. Mənim emosional vəziyyətimdən istifadə edib, səsimi efirə verənlərə ar olsun deyirəm. Mən evimdə sakit oturmuşam, başqa bir verlişi izləyirəm. Zəng edib mənə deyirlər ki, xəbərin var ki, o biri kanalda sənin haqqında nələr deyilir. Qonşularım, dostlarım, tanışlarım mənim barəmdə deyililənlərdən narahat olublar. Guya mən Elçinin anası yaşındayam. Guya cavan oğlana ərə getmişəm. İlk zəng etdiyim bacım oldu. O da, həmin verlişi izləmirmiş. Axırda Samirənin evinə yığdım. Anası və ya qızı ilə danışmaq istədim. Çünki mən elə-belə söz danışan adam deyiləm. Samirənin çox gözəl anası var. Anası telefonda mənə dedi ki, qızım sənə qurban olum, qoy, o evə gəlsin gör onun başına nə oyun acacağam. Ondan sonra başa düşdüm ki, Samirə deməli mənim haqqımda pis söz deyib. Elçinin qohumları da bu söz - söhbətdən narahat olub. 21 il bundan əvvəl mən gənc gəlin idim. ( 21 il bundan əvvəl Lalə xanımın təxmini 40-41 yaşı olub - red) Axı sevgi yaşa baxmır. Elçin o qədər cüssəli idi ki, ona da heç o yaşı vermək olmazdı. . Onun 30 yaşı olmasına baxmayaraq o, çox ağıllı idi. Elçin öz ağlı, fikirləri ilə məni özünə valeh etmişdi. O, da ailəsindən boşanmışdı, mən də... Elçinin anası sağ olsaydı onun indi 81 yaşı olacaqdı. Mənim axı 81 yaşım yoxdu ? ".