Əlaqə Arxiv
news Image
2014.02.20
15:41
| A A A
Ramiz Əzizbəylinin imkanı yoxdu ki, xəstəxanaya yerləşdirlsin

Avtomobil qəzası keçirən xalq artisti Ramiz Əzizbəylinin səhhəti daha da pisləşib.

Bu barədə Lent.az-a aktyorun xanımı məlumat verib. O, bildirib ki, hazırda R. Əzizbəylinin səhhəti yaxşı deyil: "Artıq bir neçə gündür ki, Ramiz bəy evdə xəstə yatır. Vəziyyəti isə pisdir. Danışa bilmir, ayaqları tutulub, onu ev şəraitində müalicə etmək çətindir.

Xəstəxanaya da yerləşdirməyə pul lazımdır, imkanımız yoxdur. Dost - tanışdan borca pul tapa bilsək, sabah, ya da birisi gün xəstəxanaya yerləşdirəcəyik. Kömək üçün heç kəsə müraciət etməyəcəyik. Ramiz belə şeyləri heç vaxt xoşlamayıb.

Məhz bu səbəbdən də kiməsə deməmişik. Həkimlər də gəlib baxır. İndi onun vəziyyətinin necə olacağını da bilmirik".

Xatırladaq ki, R. Əzizbəyli avtomobil qəzasını fevralın 9-da Yasamalda, öz məhəllələrində edib.

Qeyd edək ki, o, 1948-ci il iyulun 20-də Bakıda doğulub.


Sizin Reklam Yeriniz