Əlaqə Arxiv
news Image
2014.02.21
13:01
| A A A
Günay Zaurun başına yenə nə oyun açdı ? - FOTOLAR

Ötən həftənin ən reytinqli verilişi olan "Məni yarımdan soruş" layihəsi hər həftənin bazar ertəsi axşam saat 21:40-da nişanlı və ailəli cütlüklərin maraqlı çıxışları ilə hər kəsi ekrana bağlayacaq. "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyası (ATV) və "Renk Medya"nın birgə layihəsi olan "Məni yarımdan soruş" layihəsinin iştirakçılarını qarşıda daha qəribə və gözlənilməz çıxışlar gözləyir. Bu barədə Movqe.az-a məlumat verən layihənin mətbuat katibi Faiq Ələkbərov bildirib ki, avtomobil və ən bahalı hədiyyələr uğrunda mübarizə aparan cütlükləri əvvəlcə verilişin aparıcıları Zaur və Günay Baxşəliyevlər istiqamətləndirir. Mətbuat katibi deyib ki, növbəti verilişdə Zaur Baxşəliyevin göbək rəqsi yalan olacaq: "Zaurun daha inanılmaz hərəkətlərini gözləyin. Layihənin növbəti həftəsində cütlükləri daha ağır sınaqlar gözləyir. Zaur Baxşəliyev dikdabanda gəzə biləcəkmi? Günay xanım alnında olan ürəkli şokolada toxunmadan onu həyat yoldaşı Zaurun alnına qoya biləcəkmi? Bundan əlavə, ağır atletika ilə heç vaxt məşğul olmayan Zaur və Günay ağır ştanqı neçə saniyə havada saxlayacaq? Tamaşaçılar bu suallara 24 fevral axşam saat 21:40-da ATV kanalında izləməklə cavab tapa biləcəklər".


Xatırladaq ki, layihədə iştirak etmək istəyən ailəli və nişanlı cütlüklər www.meniyarimdansorus.com saytından qeydiyyatdan keçə bilərlər.  











Sizin Reklam Yeriniz