Əlaqə Arxiv
news Image
2014.02.21
13:32
| A A A
Mövqe.az-ın Ramiz Əzizbəyli ilə bağlı reportajından sonra nazirlikdən cavab gəldi

Mədəniyyət və Turizm Nazirliyi ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verib.


Bu barədə nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Onun sözlərinə görə, artıq mədəniyyət xadiminin müalicəsi ilə bağlı rəhbərlik tərəfindən tapşırıq verilib:


"Artıq bununla bağlı tapşırıq verilib. Bizim əməkdaşlarımız bu işlə məşğul olurlar" .


Qeyd edək ki, məşhur aktyor Ramiz Əzizbəyli hazırda Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasısındadır. O, bir müddət əvvəl avtomobil qəzası keçirmişdi, lakin maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməmişdi. (AzVision.az)

Xatırladaq ki, dünən sənətkarın evindən birbaşa reportajı Movqe.az təqdim etmişdi.

Sizin Reklam Yeriniz