Əlaqə Arxiv
news Image
2014.02.21
15:21
| A A A
Aybəniz Haşımova qızına görə polisə müraciət etdi

Mövqe.az xəbər verir ki, müğənni Aybəniz Haşımova polisə müraciət etməli olub. Belə ki, əməkdar artistin qızı Aynişanın adından sosial şəbəkədə saxta profil açılıb. Bundan narahat olan A. Haşımova hər kəsə dostluq göndərən və mesajlar yazan şəxsi tapmaq üçün Hüquq Mühafizə Orqanlarına şikayət edib : "Dünən aldığım məlumata görə, hansısa saxtakar mənim övladımın adıyla saxta facebook səhifəsi açıb, insanlara dostluq göndərir və özünü Aynişan kimi qələmə verir. Mən dünən ona mesaj yazdım və ondan təcili saxta profilin bağlanmasını tələb etdim. Amma o, reaksiya vermədi və elə bildi ki, zarafat edirəm. O, mənim zarafatımı görəcək". 


Qeyd edək ki,  hal- hazırda hüquq mühafizə orqanları həmin şəxsin kimliyini aşkar ediblər. Günahkar cəzasına tezliklə çatacaq.

Sizin Reklam Yeriniz