Əlaqə Arxiv
news Image
2014.02.22
15:34
| A A A
İlqar Mikayıloğlu və xanımı diqqətdən kənar qalan xalq artistinə baş çəkdi - FOTO
Tanınmış tele aparıcı İlqar Mikayıloğlu və xanımı vəkil Zülfiyyə Bayramova xalq artisti, prezident təqaüdçüsü Nuriyyə Əhmədovanı ziyarət ediblər. Diqqətsizlikdən, qayğısızlıqdan əzab çəkən xalq artisti kirayədə qaldığı pulu ödəyə bilmədiyi üçün həmin evi tərk edib. Bu barədə Mövqe.az-a danışan Zülfiyyə Bayramova bildirib: " Bəli, biz İlqarla mütamadi Nuriyyə xanımla danışırıq, ona baş çəkirik, onunla tez-tez əlaqə saxlayırıq. Kirayə pulunu ödəyə bilmədiyi üçün o, hal-hazırda Mərdəkanda bacısıgildə qalır. Bir müddət sənət yoldaşı Naibə xanımın evində onunla birgə yaşayıb. Həqiqətən Nuriyyə xanım çox yaxşı insandı. Onun bu gün qayğıdan, diqqətdən kənar qalması mənə pis təsir edir. Bu cür sənətkarların qiyməti mütləq bilinməlidir. Düzdü Nuriyyə xanıma Prezident təqaüdü ayrılıb. Sənətkar onu da kredit götürübmüş, onu ödəyir.  Hal-hazırda köməyə ehtiyacı var".




Sizin Reklam Yeriniz