Əlaqə Arxiv
news Image
2014.02.24
10:25
| A A A
İradə İbrahimova bacısını təbrik etdi

İradə İbrahimova və Nigar İbrahimova bacılarını sosial şəbəkə vasitəsilə təbrik edib. Mövqe.az xəbər verir ki, ən son beşik olan Sona bu gün ad gününü qeyd edir. İradə İbrahimovanın bacısına ünvanladığı təbrik belədir : 


"Anamın və atamın bu həyatda mənə verdiyi ən böyük hədiyyə, var-dövlət bacılarımdır. Bunun üçün onlara nə qədər də təşəkkür etsəm, az olar. Bu həyatda ilk rəfiqələrim bacılarımdır. Məni onlardan yaxşı başa düşən olmaz. Köhnə günlərdəki kimi bir evdə yığışıb, tura bilməsək də, bacı ən yaxın rəfiqəm olaraq qalacaq. Hər bir insanın bu həyatda bir bacısı olmalıdır. Sonam, sonbeşiyimiz, ən həssasımız, ad günün mübarək". 


Vizajist Nigar İbrahimova da bacısını sosial şəbəkədə belə təbrik edib: 


"Bacişkom Sonanın ad günü mübarək olsun ! Allahdan həmişə arzum o olub ki, iki bacımı da yerbəyer edim, bu da mənə qismət oldu. Həmişə ocağın isti, işıqlı olsun. Yeni qurduğun yuvan pis, qəlbi xain insanlardan uzaq olsun. Doğum günün mübarək, hər zaman xoşbəxt ol".

Sizin Reklam Yeriniz