Əlaqə Arxiv
news Image
2014.02.24
13:10
| A A A
Ramiz Əzizbəylinin qızı : "Müalicə pulludur"

Bir neçə gün öncə Mədəniyyət və Turizm Nazirliyi ağır xəstəlikdən əziyyət çəkən Xalq artisti, rejissor və aktyor Ramiz Əzizbəyli ilə bağlı tapşırıq verdiyi xəbəri yayılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə bunu inkar edib və bu işlə bir başa  "Azərbaycanfilm" kinostudiyasının məşğul olduğunu bildirib: 


" Ona ən yaxşı səviyyədə baxılır. Mətbuatda oxuduğuma görə Ramiz Əzizbəyliyə xəstəxana rəhbərliyi pulsuz müalicə və müayinə təşkil ediblər.  Mədəniyyət və Turizim Nazirliyi olaraq biz də istəyirik ki, tez zamanda sağalsın. Sadəcə ünvanı düzgün müəyyən etmək lazımdır. Əgər o xəstədirsə, səhətində problem varsa səhiyyə sistemi cavabdehdir. Çox hörmətli sənətkarımızdır. Ailəsi bildirir ki, öz hesabına müalicə olunur" fikrinə İntiqam  cavab verib : " Mən bilmirəm öz hesabına müalicə olunur, yoxsa yox... Onlar nə deyiblər bilmirəm". Azərbaycan film kino studiyasının rəhbəri 2 dəfə onlarla əlaqə saxlayıb. Onlar sənətkarla maraqlanır. Ehtiyac olsa yenidən baxılacaq. 

" Nə vaxt baxılacaq. Bu insan ağır xəstədir. Bəlkə də ömrünə sayılı günlər qalıb" fikrinə İ. Hümbətov belə cavab verib : " Biz nə isə edəndə o sayılı günlər uzanırmı ? Lazım olan köməklik ediləcək ".


 "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov isə məsələ ilə bağlı Mövqe.az-a açıqlamasında belə bildirib  : " Hal-hazırda Ramiz Əzizbəylinin xəstəxanadan yanından gəlirəm. Həkimlər Elxan Qasımov və Surxay həkimlə danışdıq. Vəziyyət elə də yaxşı deyil. Bilirsinizmi, bu məsələdə yardım sevər təşkilatıar da öz sözünü deməlidir. Daha çox onlar köməklik etməlidir. Biz əlimizdən gələni edirik. Lazım gələrsə, həkimlər ehtiyac duyarsa ona böyük köməklik də edilər".


Xəstənin yaxınlarının, ailəsinin dediyinə görə isə sənətkar ailəsinin hesabına xəstəxanada müalicə və müayinə olunur. Heç bir müalicə və müayinə pulsuz şəkildə təşkil olunmur. Ramiz Əzizbəylinin qızı Xədicə xanım  bu barədə Mövqe.az-a danışıb: " Müalicə pulludur. Kinostudiyadan gələn, müəyyən yardım edən olub. Amma ki, Nazirlikdən bizə heç bir kömək olunmayıb. Öz gücümüzə müalicə və müayinə etdiririk".


Sizin Reklam Yeriniz