Əlaqə Arxiv
news Image
2014.02.24
13:39
| A A A
Ramiz Əzizbəyliyə bu günə kimi cəmi 300 manat yardım olunub
R.Əzizbəylinin dostu, "Adəm" adına Beynəlxalq Xeyriyyəçilər Assosiasiyasının rəhbəri Nicat Əsgərov sənətkarın son durumu ilə bağlı Mövqe.az-a danışıb. İlk gündən dostunu tək buraxmayan Nicat bəy bu günə kimi Ramiz Əzizbəyliyə heç bir yardımın olmamasından gileylənib: " Hələki Ramiz m. reanimasiyadadır. Yəqin ki, yaxşı olsa 4-5 günə çıxarılacaq. Olmasa hələ 10-15 gün orada qalacaq. Təkcə Müşfiq Hətəmov gəlmişdi. 300 manat xəstəxanaya pul köçürüb. Bu vaxta kimi gördüyümüz elə  300 manat yardım olub".


Xatırladaq ki, iki dəfə iflic olan və fevralın 9-u yaşadığı ünvan ərazisində avtomobil qəzası keçirən sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməyib. Sonradan vəziyyətinin pisləşdiyini görən ailə üzvləri Ramiz Əzizbəylini Tibb Universitetinin tədris terapiya şöbəsinin reanimasiyasına yerləşdiriblər.

Sizin Reklam Yeriniz