Əlaqə Arxiv
news Image
2014.02.24
16:29
| A A A
Zaur və Günay birinci oldu

ATV kanalında Zaur və Günay Baxşəliyevlərin təqdimatında ekrana gələn "Məni yarımdan soruş" layihəsi ötən həftə reytinqlərdə ilk sırada qərarlaşdı və böyük uğura imza atıb. Bir həftə boyunca maraqla gözlənən "Məni yarımdan soruş" yeni buraxılışı ilə hər kəsi ekrana bağlayacaq. Verilişin əyləncəli yarış iştirakçılarından olan Mutluxan və Samirənin evlilik hekayəsi, Samirənin həyat yoldaşı ilə etdiyi "Müdir olmasaydı ailə qurmazdım" kimi zarafatları tamaşaçıları qəhqəhəyə boğacaq. Layihənin mətbuat katibi Faiq Ələkbərlinin Mövqe.az-a verdiyi məlumata görə, artıq bu yarışda nəinki cavan ailələr, yaşlı cütlüklər də iştirak edə biləcəklər. 


Xatırladaq ki, "Məni yarımdan soruş" layihəsi bu axşam saat 21:40-da, ATV kanalında efirdə olacaq.  

Sizin Reklam Yeriniz