Əlaqə Arxiv
news Image
2014.02.25
14:00
| A A A
Həkimlər Ramiz Əzizbəyliyə dəqiq diaqnoz qoydu

Xalq artisti Ramiz Əzizbəylinin müalicəsi Tibb Universitetinin tədris - terapiya şöbəsinin reanimasiyasında davam etdirilir.


Bu barədə Bakupost.az-a sənətkarın qızı Xədicə Əzizbəyli məlumat verib. X.Əzizbəylinin sözlərinə görə, atası hələ bir neçə gün də reanimasiyada qalacaq.


Həkimlər Xalq artistinə insult, beyin işemiyası diaqnozu qoyub: "Yanına heç kəsi buraxmırlar. Amma həkimlər deyir ki, danışıq və hərəkətlərində qüsur olsa da reaksiyası var, ağlı üstündədir, eşidir, başa düşür, tanıyır. Həkimlər ümidverici danışır, ancaq həm də deyirlər ki, bu xəstəliyin müalicəsi zaman tələb edir".


İmkansızlıq səbəbindən evdə müalicə edilən R.Əzizbəyliyə hələ də heç bir maddi köməklik edilməyib. Aktyorun qızı müalicəni öz hesablarına etdirdiklərini bildirdi: "Bizə köməklik edilməsi yanlış məlumatdır. Nə Mədəniyyət və Turizm Nazirliyi, nə də başqa yerlərdən bizimlə və xəstəxana ilə əlaqə saxlayan olmayıb. Ödənişlərin hamısını özümüz edirik. Sənət yoldaşları mənəvi dəstək olur. Əsas məqsəd atamı ayağa qaldırmaq və beynini əvvəlki vəziyyətinə qaytarmaqdır. Hələlik müalicənin hər hansı xarici ölkədə aparılması haqqında həkimlər heç nə demir".


Xatırladaq ki, Xalq artisti, rejissor və aktyor R.Əzizbəyli fevralın 21-də ağır vəziyyətdə Tibb Universitetinin tədris - terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib.

Sizin Reklam Yeriniz