Əlaqə Arxiv
news Image
2012.06.11
17:41
| A A A
Lady Gaga konsert zamanı başından yaralandı

Movqe.Az bildirir ki,  Pop ulduzu LadyGaga, Yeni Zellandiyanın Aukland şəhərində verdiyi konsert zamanıbaşından yaralanıb.

Auklandda verdiyi 3-cü və son konserti zamanı işçilərdən birinin əlindəki dirək səhvən müğənninin başına dəyib.

Şou xatirinə əlindəki oyuncaq tüfənglə tamaşaçılara atəş etdiyi zaman başından zərbə alan Lady Gaga başını tutaraq qısa bir müddət səhnədən ayrılıb.

Lady Gaga daha sonra səhnəyə qayıdaraq nümayişini tamamlayıb.

Müğənninin vizajisti Dara Savelo hadisədən sonra sosial şəbəkə "Twitter"də  "Lady Gaga xoşagəlməz hadisəyə uğrayıb, amma keçəcək. Konserti tamamladığına inana bilmirəm." xəbərini yazıb.

Sizin Reklam Yeriniz