Əlaqə Arxiv
news Image
2014.02.26
10:47
| A A A
Əməkdar artist Xocalı günü Türkiyəyə yollanıb - FOTOLAR
Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib. Əməkdar artist, skripkaçı Səlim Abbasov  həmin tədbirdə iştirak edib. Mövqe.az xəbər verir ki, Səlim Abbasov həmişə dövlət tədbirlərində iştirak etdiyi barədə söyləyib : 


"Hazırda Türkiyədəyəm. Buraya gəlişimin səbəbi ermənilərin illər ərzində Azərbaycan xalqına etdiyi zülmləri öz musiqimlə hər kəsə bəyan etməyimdir. Bu tədbirdən mənə dəvət gələn zaman sevə-sevə qəbul etdim. Çünki mən hər zaman dövlət tədbirlərində iştirak edirəm və bununla qürur duyuram. Tədbirdə mənlə yanaşı, "Natiq ritm" qrupu da iştirak etdi. Məhz həmin gün üçün xüsusi hazırladığım "Şəhidlər" kompozisiyasını da qonaqlara təqdim etdim".




Sizin Reklam Yeriniz