Zaur Baxşəliyev : "Düşündüm ki, doğum günləri 11 yaşına kimi olur"
Bu gün tele aparıcı Zaur Baxşəliyevin ad günüdür. Mövqe.az xəbər
verir ki, aparıcının ad günü Xocalı soyqırımı gününə təsadüf etdiyi
üçün o, bu gün ad gününü qeyd etmir. Aparıcı ad günü təbriklərini
dünən qəbul edib.
Xatırladaq ki, Zauru dünən ilk təbrik edən həyat yoldaşı Günay Baxşəliyeva olub.
Zaur isə ad günü barədə belə qeyd edib : " Onda mənim 11 yaşım var idi. Xocalı yükünün ağırlığını sindirə biləcək qədər ağlım yox idi. Baxmayaraq ki, hamı mənə ağıllı uşaq kimi tanıyırdı. Anam deyəndə ki, bala, sənə daha doğum günü keçirməyəcəyik, düşündüm ki, doğum günləri 11 yaşına kimi olur. Çünki, anamın dediyi mənim üçün qanun idi. Amma sonra başa düşdüm ki, anam bir daha ad günümü qeyd edə bilməyəcək. O minlərlə insanın ölüm gününü qeyd edirmiş".