Əlaqə Arxiv
news Image
2014.02.26
16:07
| A A A
İlham Mirzəyev “Facebook”un yaradıcısı Mark Zuckerbergi məhkəməyə verib?
Teleaparıcı məhkəmədə alacağı təzminatı şəhid ailələrinə bağışlayacaq

Tanınmış aparıcı,  psixoloq İlham Mirzəyev Facebook sosial şəbəkəsini məhkəməyə verməsi haqda yayılan xəbərlərə aydınlıq gətirdi. Teleaparıcı  Movqe.az-a açıqlamasında, Facebook-u deyil, ondan öz qara məqsədləri üçün istifadə edənləri məhkəməyə verdiyini bildirdi.

O, sosial şəbəkədə bədxahları tərəfindən yaradılmış https://www.facebook.com/YalanIlham?fref=ts  səhifəsini və bu səhifədə onu təhqir edən hər bir şəxşi, o cümlədən səhifəni yaradan və səhifənin reklamına pul ödəyən şəxsləri Nərimanov rayon məhkəməsinə verib. Aparıcı şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və cavabdehlərdən maddi və mənəvi təzminat tələb edir. Və üzr istənilməsi də tələblər arasındadır.

Səhifədə bəzi internet istifadəçilərinin məqsədli şəkildə İlham Mirzəyevə qarşı qara piar aparmaq məqsədilə qızışdırıcı şərhlər yazması, digərlərinin də təhqirlər yazmasına səbəb olub. 

Ilham Mirzəyev onu təhqir edən, şəxsiyyətini və nüfuzunu alçatmağa cəhd edən hər kəsin bu səhifəyə görə cavab verməli olacaqlarını deyir: "Hər kəs ağzına gələni yaza bilməz. Demokratik dövlətdə yaşayırıq. Qayda var, qanun var. İlham Mirzəyevin şərəf və ləyaqətini təhqir edən hər bir səhifə üzvü məhkəmədə cavab verəcək. "

İlham Mirzəyev məhkəmədən alacağı təzminatı bütünlüklə şəhid ailələrinə verəcəyini deyir.

2013-cü ilin yay aylarında silahlı basqına məruz qalan teleaparıcı məhkəmə getdiyi ücün bəzi məsələləri cox da qabartmaq istəmədi. Ancaq şərəf və ləyaqətini istər sosial paylaşım saytlarında, istərsə də qəzet və saytlarda mütləq bərpa edəcəyini, lazım gələrsə onların da adlarının məhkəməyə veriləcəyini bildirdi. 

Qeyd edək ki, yaxın günlərdə İlham Mirzəyevin iddiası üzrə məhkəmə prosesi başlayacaq. İlham Mirzəyevə silahlı basqın edən və hal-hazırda üc maddə ilə həbsdə olan Asif  Əliyevin anası Lyudmila Əliyeva və onun yaxınları məhkəməyə verilib.

Sizin Reklam Yeriniz