Əlaqə Arxiv
news Image
2014.02.27
13:51
| A A A
İlham Mirzəyevdən ölkə başçısına müraciət ünvanlandı

Qarabağ müharibəsində şəhid olmuş və itkin düşənlərin ailə üzvləri tanınmış teleaparıcı İlham Mirzəyevdən ölkə prezidentinə müraciət ünvanlayıblar.

Movqe.az - in məlumatına görə,  60 nəfərin imzaladığı bu müraciətdə İlham  Əliyevə teleaparıcının onlar üçün gördüyü işlərdən söz açaraq öz minnətdarlıqlarını bildiriblər. Müraciəti olduğu kimi təqdim edirik:                                                                   

 

Azərbaycan Respublikasının Prezidenti  Zati - aliləri  cənab İlham Əliyev                                      

Hörmətli cənab Prezident!

 Xalqımızın mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrinə xas olan ən gözəl keyfiyyətlərindən biri də insanpərvərlik və mərhəmətdir ki, bunun da biz ən bariz nümunəsini son on ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO - nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın simasında görürük. Bu gün cəmiyyətdə çoxları məhz Mehriban xanımım şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, sadə insanlara diqqət, qayğı və təmənnasız xidmət amalı ilə zəngin olan çox şaxəli fəaliyyətinə nəzərən savab və xeyirxah əməllərin nə qədər müstəcəb olduğunu dərk edir, özlərinin yaşam fəlsəfəsini bu meyarlara uyğunlaşdırmağa çalışırlar.


Böyük minnətdarlıq duyğusu ilə yazıb Sizə bildirmək istəyirik ki, psixologiya üzrə fəlsəfə doktoru, dosent, ölkəmizdə çox populyar və peşəkar televiziya aparıcısı, hamımızın sevimlisi İlham Mirzəyevin də yüksək insani keyfiyyətləri, yaşımızdan asılı olmayaraq hər birimizə göstərdiyi hörmət və ehtiramı bu müraciətin yazılması üçün bizə çox  böyük bir stimul vermişdir.     

Bu mərhəmətli insan bu gün Hacı Zeynalabdin Tağıyevin və Mehriban xanım Əliyevanın xeyriyyəçilik missiyalarını uğurla davam etdirərək qayğılarımızla maraqlanır, tez - tez yaşadığımız ünvanlara baş çəkir, üzləşdiyimiz problemlərin həllində əlindən gələn köməyi əsirgəmir, bizə psixoloji dəstək verir. Toyda - düyündə təzə ailə quranlara cehiz alınmasında dayaq durur, hüzr məclislərimizdə yas sahiblərinə maddi köməklik göstərir, övladlarımızın təhsili ilə bağlı məsələlərin müsbət həlli istiqamətində öz geniş əlaqələri dairəsində bütün imkanlardan istifadə edir.


İlham müəllim dövlətçiliyə, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin memarı və qurucusu olduğu Yeni Azərbaycan dövlətinə, onun sükanı arxasında yenilməz, çox qüdrətli əzmkarlıqla dayanmış möhtərəm Prezidentimizə ürəkdən, möhkəm tellərlə bağlı yüksək əqidəli bir insandır və bizim də daim qəlbimizi bu müqəddəs işıqla nurlandırır.       


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son on ildə seçkiləri dövründə İlham Mirzəyev bir an da olsun təbliğat və təşviqat fəaliyyətini dayandırmamışdır. O, hər gün yorulmadan  bir - bir qapımızı döyür, bizi çox hörmətli Prezidentimizə səs verməyə, onu dəstəkləməyə və vaxtında seçki məntəqəsində olmağa səsləyirdi. 


Bu gün İlham müəllim öz siyasi fəaliyyətini yenə də uğurla davam etdirir, "Heydər Əliyev Fonduna dəstək !" devizi altında istər xeyirxahlıq, yaxşılıq, istərsə də insanpərvərlik, təmənnasız yardım, mərhəmət missiyasını həvəslə, coşqunluqla, böyük məhəbbətlə yerinə yetirir.


Biz onun haqqında saatlarla söhbət aça bilərik Amma atalar demiş, görünən dağa nə bələdçi. Son da yalnız bunu qeyd edə bilərik ki, şəhid olan övladlarımızın və qardaşlarımızın qoxusunu, ətrini ondan alırıq. Qoy böyük Allah İlham Mirzəyev kimi xoş niyyətli, nəcib, alicənab, ziyalı insanları bizə çox görməsin. Onların işığı həmişə gur olsun. Amin! 


Cənab Prezident biz Sizə təşəkkür edirik ki, bu gün Sizin ətrafınızda bu cür vətənpərvər və ziyalı insanlar var!


Dərin hörmətlə  Qarabağ müharibəsi zamanı şəhid olmuş və itkin düşənlərin ailə üzvləri tərəfindən

Sizin Reklam Yeriniz