Əlaqə Arxiv
news Image
2014.02.27
17:59
| A A A
Aybəniz Haşımova qaynanasından danışdı

Əməkdar artist Aybəniz Haşımova gəlin-qaynana münasibətlərindən danışıb. Mövqe.az -ın verdiyi məlumata görə, müğənni heç bir zaman qaynanasının üzünə ağ olmadığını açıqlayıb: " Əziz gənclər eşidin və bilin, heç bir yad qızı ananın sevgisinə bərabər ola bilməz. Ana əvəz edilməzdir. Qızlarımız məndən inciməsinlər, qurban sizə. Amma siz də vaxt gələcək ana və qaynana olacaqsınız. Hamımız dünyamızı dəyişəndə, necə övlad olmusan deyə soracaqlar. Bu sualın qarşısında aciz qalmayaq. Seda Sayanın proqramına baxdım və çox pərişan oldum. Ana, oğul və gəlin... Onsuzda bu münasibətlərdə xoşa gəlməz halların sayı bilinmir. Amma bunu nümayiş etdirmək və təbliğ etmək tam yalnışdır. Bu günə qədər hələ yadıma gəlmir qaynanamın üzünə ağ olum. Heç yaxşı hal deyil. Bütün hallarda hörməti qorumaq vacibdir gözəl qızlarımız. Allah hamınızı xoşbəxt eləsin".

Sizin Reklam Yeriniz