Əlaqə Arxiv
news Image
2014.03.03
13:45
| A A A
Anşlaqla keçən konsertdə Alim Qasımov və qızı 2-ci dəfə səhnəyə qayıtmalı oldu - REPORTAJ- FOTOLAR

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımovanın "Oxu, Qızım" adlı solo konserti baş tutub. Mövqe.az xəbər verir ki,  konsertdə xalq artistləri Arif Babayev, Ağaxan Abdullayev, Mələkxanım Əyyubova, bəstəkar Nailə Mirməmmədli, Gövhər Həsənzadə də iştirak ediblər. 


Fərqanə Qasımova konserti ilk olaraq "Laylay" mahnısı ilə açıq elan edib. Hətta xanəndə sözügedən ifa ilə yanaşı xüsusi rəqs nömrəsi də nümayiş etdirib. Onu da diqqətinizə çatdıraq ki, xanəndəni müşayiət edən musiqiçilər arasında "Şeron" qrupu da olub. Əməkdar artist Fərqanə Qasımova səhnəyə modelyer Fəxriyyə Xələfovaya məxsus libasla çıxıb. Fəxriyyə Xələfova özü də konsertdə iştirak edib. 


Nəzərinizə çatdıraq ki, konsertdə xalq artisti Alim Qasımov da səhnəyə çıxaraq qızı ilə birgə duet ifa edib. Onlar bu dəfə ifalarını böyük ansamblın müşayiəti ilə təqdim ediblər. Duet tamaşaçılar tərəfindən heyranlıqla qarşılanıb. Ayaq üstə alqışlanıb. 


Qeyd edək ki, Fərqanə Qasımovanın Heydər Əliyev Sarayında baş tutan konserti böyük alqışlarla sona çatıb. Konsertin bitməsinə baxmayaraq, tamaşaçıların xahişi ilə Alim Qasımov və qızı yenidən ikinci dəfə səhnəyə qayıdıblar. Səhnəyə qayıtdıqdan sonra Alim Qasımov yenidən onu ayaq üstə alqışlayan tamaşaçılar üçün ifa edib. Sənətkarın nəvələri də dini mahnı ifa ediblər. Tamaşaçılar konsertin bitməsini istəməsələr də Alim Qasımov və qızı ikinci dəfə ifa edib, tamaşaçılarla sağollaşıblar. Çox maraqlı və anşlaqla keçən konsertdən özəl fotoları Mövqe.az sizə təqdim edir :






























Sizin Reklam Yeriniz