Əlaqə Arxiv
news Image
2014.03.03
12:12
| A A A
“Bizimkilər”in iştirakçılarından biri də tarzən Humay Qədimova oldu

ANS TV yaxınlarda daha bir uğurlu layihəsi olan "Bizimkilər"i təqdim edəcək. Uzun illər bütün dünyada məhşur olan hit mahnılar musiqi alətlərimizin və muğam ifaçılarının iştirakı ilə milli və müasir improvizasiyada bu layihədə hazırlanıb. "Bizimkilər"in iştirakçılarından biri tarzən Humay Qədimovadır. Sənətçi layihənin ideya müəllifi Seyfulla Mustafayev tərəfindən dəvət aldığını və burada Ramiz Quliyev, Şəfiqə Eyvazova, Alim Qasımov və Fərqanə Qasımova, Ənvər Sadıqov, Rəşad İlyasov, Ənvər Sadıqov, Nazpəri Dostəliyeva, Almaz Orucova, Murad Dadaşov, Eldar Qasımov, Çingiz Mustafayev, İzzət Bağırov kimi sənət adamları ilə təmsil olunduğunu bildirib.

Humayın tarda məhşur dünya musiqilərini səsləndirməsi uğurlu alınıb. H. Qədimova fikirlərini Mövqe.az-la bölüşüb : 

"Bu cür kollektivlə belə bir layihədə çalışmaq, əlbəttə ki qürurvericidir. Çəkilişlər başa çatıb. Burada əsas məqam dünyaca məhşur hitlərin milli alətlərimizdə səslənməsidir. Tarda əcnəbi musiqilərin səslənməsi bir başqadır. Milli alətimiz bu səpkidə də imkanlarını bir daha göstərə bildi. Tezliklə tamaşaçılar bunu ekran başından izləyəcəklər".

Xatırladaq ki, layihənin ideya müəllifi Seyfulla Mustafayev, baş redaktoru Samirə Səfərəliyeva, aranjiman Yaşar Baxış, prodüserlər Nadirə Məmmədova və Aynur Hüseynovadır. Layihədə istifadə edilən hitlər bunlardır: Stinq - Englishman İn New York Deep Purple - Smoke On The Water Dave Brubeck - Take Five Maykl Cekson - They Don’t Care About Us Queen - We Will Rock You Erik Klapton -Wonderful Tonight The Doors -Roadhouse Blues Şade - Smooth Operator İxali kozaki – Ukrayna xalq mahnısı Viktor Tsoy – Kukuşka Мüslüm Maqomayevin repertuarından – Günəş çıxacaq.

Sizin Reklam Yeriniz