Əlaqə Arxiv
news Image
2014.03.04
14:53
| A A A
Toyda Kərim eks-həyat yoldaşının üzünə "bokal" çırpdı - Hadisənin təfərrüatları

"Azeristar" yarışmasının iştirakçısı, müğənni Əfqan Quliyevin toyunda üzbəüz gələn şou əhli arasında yaman dava düşüb. Prodüsser Təranə Səmədova və eks həyat yoldaşı Kərim Abbasov ayrılsalar da, aralarındakı qalmaqal hələ də bitməyib. Toya tək qatılan Kərim Abbasov eks həyat yoldaşının masasında əyləşib və ona replikalar atmağa başlayıb. Masa arxasında oturan şəxslərdən birinin  Mövqe.az-a verdiyi məlumata görə, Təranə Səmədovaya birbaşa təhqiramiz sözlər ünvanlayan müğənniyə, qarşı tərəfin cavabı çox sərt olub. Qeyri etik cavabı sizə bildirə bilməsək də, onu deyə bilərik ki,  bu cavabdan hiddətlənən Kərim əlindəki bakalı Təranənin sifətinə çırpıb. Su prodüsserin üzünə dağılıb. Müğənni Emil Bədəlov Kərimi çölə çıxarıb, aranı sakitləşdirməyə çalışıb.

Sizin Reklam Yeriniz