Əlaqə Arxiv
news Image
2014.03.04
17:49
| A A A
Aparıcı Aytən "Sovetski"dəkiləri təhqir etdi : "Bir biqeyrət, binamus belə..."
Aparıcı Aytən Səfərova "Sovetski" nin sökülməsi zamanı bir gəncin çıxışından sonra onun polislər tərəfindən saxlandığını görüb və təəssüratlarını sosial şəbəkədə bölüşüb. Mövqe.az-ın məlumatına görə, aparıcı həmin video çarxı izləyib, çox məyus olub: "Sovetskide bir oğlanın bəyanatlar verməsi kadrlarına baxdım. Orada işsizlik, ailəsini dolandıra bilməməsinə , üzləşdəyi çətinliklərə, məmur balalarının yağ-bal içində yaşamasına etiraz edirdi. Düzdü, başından böyük bəyanatlar da verirdi... Amma ... 30 dəqiqə sonra polis gəlib, onu PPX maşınına basıb, aparanda ətrafda toplaşan bir biqeyrət, binamus belə onun müdafiəsinə heç nə eləmədi. Ona görə də qoy şumlasınlar o Sovetskini. Əgər orada belə qorxaqlar yaşayırsa... Tanrı Azərbaycanı qorusun! Gördüklərimdən şokdayam!".

Aparıcının bu sözlərindən sonra bəziləri onu sözün düzünü efirdə deyə bilməməkdə günahlandırıblar.

Sizin Reklam Yeriniz