Aygün və Natəvanı kim barışdırmaq istədi ?
Müğənni Natəvan Həbibi və xalq artisti Aygün Kazımova arasında olan
küsülülük hələ də davam edir. Mövqe.az xəbər verir ki, müğənni
Elton Hüseynəliyev hər iki müğənni ilə dostluq edir. Elton
Hüseynəliyev müğənnilərin barışığını cəhd etsə də deyəsən istəyi
baş tutmayıb : " Mən kişiyəm. Hər iki xanım dostumdu, hər ikisinə
də hörmətim var. Bəli barışmaqlarını istəmişəm. Amma yenə də özləri
bilərlər. Artıq bu mənlik deyil".
Xatırladaq ki, xalq artisti Aygün Kazımova və müğənni Natəvan Həbibi neçə illərdir ki, küsülüdür. Cütlüyün mübahisəli münasibəti isə "Nömrə 1" yarışmasından sonra başlayıb.