Əlaqə Arxiv
news Image
2014.03.10
13:36
| A A A
Rəqsanə Novruzda Naxçıvanda konsert verəcək

Müğənni Nuri Şənləndiricinin təqdimatını etdiyi "Sevgi sərxoşu" mahnısının həmkarı Rəqsanə İsmayılovanın repertuarından oxuması və bu detalın media və ictimaiyyətə bildirilməmsi mövzusu gündəmə gəlmişdi. Martın 10-da Bakıya bir günlük səfəri planlaşdırılan Rəqsanə İsmayılova bu barədə Movqe.az-a danışıb: "Mən həm Nurini tanıyıram, həm də Lamiyyə Ələkbərovanı. Hər ikisinə hörmətim var. Nuri ilə bir tədbirlərdə olmuşuq, qarşılıqlı hörmətim var. Mən Nurini qınamıram. Bəstəkar mahnını təqdim edib, o da, oxuyub. Gərəki müəllif media nümayəndələrinə mahnının bundan öncə mənim ifamda səsləndirildiyini bildirərdi".

Rəqsanə xanımın Bakı üçün planları geniş olsa da, bir günlük səfəri bunu həyata keçirməyə imkan vermir. Hazırda Moskvada olan Rəqsanə İsmayılovanı sabah Bakı, daha sonra Moskva və Türkiyə səfərləri gözləyir. O, martın ikinci həftəsində yenidən paytaxta dönəcək. Sənətçi Novruz bayramında Naxçıvanda konsert proqramı ilə çıxış edəcək.

Sizin Reklam Yeriniz