Əlaqə Arxiv
news Image
2014.03.11
10:24
| A A A
Müğənni qonşularına müraciət etdi

Populyar müğənni Yaşar Cəlilov qonşularına müraciət edib. Amma o, müraciətini fərqli formada, yəni mahnı ilə çatdırıb. Mövqe.az xəbər verir ki, ifaçı sözləri Azər Şirinə, musiqisi isə Tərlan Məmmədhüseynova məxsus "Ay, qonşu" mahnısı ilə son günlər gündəmi zəbt edib. Aldığımız məlumata görə, bu mahnıya tezliklə klip də çəkiləcək. Yaşar bu dəfə də yerli rejissora üstünlük verib. Belə ki, mahnının ekran işi Elmir Süleymanova həvalə olunub. Yaxın günlərdə çəkilişinə başlanacaq klipin hazırda ssenarisi yazılır. Yaşar Cəlilovun sözlərinə görə, klipin sujet xətti onun qonşusuna olan sevgisindən bəhs edəcək.

Qeyd edək ki, bu, müğənninin sayca 13-cü klipi olacaq. Həmin mahnını sizə də təqdim edirik:


Sizin Reklam Yeriniz