Əlaqə Arxiv
news Image
2014.03.11
10:52
| A A A
Hansı müğənnimiz Novruz bayramını Moskvada keçirəcək?

Müğənni Cəvahir Abdulova Moskvada keçirilən bayram proqramında çıxış edəcək. Mövqe.az xəbər verir ki, bundan öncə Kreml, Ostankino kimi möhtəşəm konsert salonlarında təşkil edilən bayram konserti, bu dəfə tamaşaçısını iri tutumlu konsert məkanına toplayacaq. Həmyerlilərimizin Novruz bayramına həsr etdiyi təntənəli proqrama MDB-dən bir çox tanınmış ifaçılar dəvət alıblar.

Cəvahır xanım bayram proqramının martın 19-da keçiriləcəyini bildirib. O, konsertin izləyicilərinə Novruz bayramı, onun atributları, nemətləri barədə məlumat veriləcəyini bildirib. Vətənpərvər və bayram əhval-ruhiyyəli repertuarla yanaşı, sənətçimiz adət-ənələrimizi tərənnüm etdirən çıxışların olacağından xəbər verdi.

Qeyd edək ki, bu, C.Abdulovanın Moskvada Novruz bayramına həsr edilən 5-ci çıxışıdır.

Sizin Reklam Yeriniz