Əlaqə Arxiv
news Image
2014.03.13
17:12
| A A A
Ayan Füzuli Musayevlə rəsmi nikah məsələsindən danışdı-özəl

Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayev müğənni Ayan Babakişiyeva ilə gizli ailə həyatı qurması haqda yayılan xəbərlərə bir neçə ay bundan əvvəl yadınızdadırsa çox sərt cavab vermişdi. Xəbəri dönə-dönə təkzib edən F. Musayev evli biri olduğunu və müğənni ilə heç bir əlaqəsi olmadığını açıqlamışdı : " Bunu yazanlar boş-boş işlərlə məşğuldur. Mən ailəli adamam. Bunları yazmağa nə ehtiyac var? Çox təəssüflənirəm ki, mətbuatda belə yalan məlumatlara yer verilir".

F.Musayev bu xəbəri həm də özünə qarşı kiminsə qərəzli mövqeyi kimi qiymətləndirib: "Bizi istəyənlər də var, istəməyənlər də. Görünür, kimsə bizi istəmir və qərəzli şəkildə belə məlumatlar yayır. Bu iddianı yazanlar ən azından onu dəqiqləşdirə bilərdilər".


Maraqlısı odur ki, F. Musayev 1-ci ailəsindən ayrılıbmı və müğənni Ayan Babakişiyeva ilə həqiqətən də rəsmi nikahı varmı. Mövqe.az-ın suallarını müğənni Ayan Babakişiyeva belə cavablandırıb : " Şəkillər öz sözünü deyir. Rəsmi nikahdı ya yox onu mən açıqlamıram. Onun heç kimə dəxli yoxdu. Şəkilləri indi paylaşmışam çünki ürəyim belə istəyib. Şəxsi həyatım müzakirə obyekti deyil. Hamınıza hörmətim var, amma şəxsi həyatım ilə gündəmə gəlmək istəmirəm". 


Sizin Reklam Yeriniz