Rəqqasə Fatimə müğənniləri sərt tənqid etdi
Rəqqasə Fatimə müğənniləri sərt tənqid edib. Mövqe.az xəbər verir
ki, rəqqasə müğənnilərlə olan layihəsi zamanı zülm çəkdiyini
bildirib. Oynamaqda çətinlik çəkən müğənniləri bir layihədə cəm
edən Fatimə onlara rəqs dərsi verib : " Hər kəs özünə görə
adlı-sanlı müğənnilərdi. Amma rəqs etməyi bacarmırlar. Nə üçün
xarici müğənnilər həm gözəl rəqs edir, paralel olaraq da oxuyurlar
? Hər ikisini çox gözəl bacarırlar. Bəlkə də öldürəcəklər məni bunu
açıqladığıma görə... Amma dəhşət idi".
Qeyd edək ki, həmin layihədə müğənnilərdən Roza Zərgərli, Almaz Ələsgərli, Könül Kərimova, Nadir Qafarzadə, Ramal İsrafilov, Xəyyam Nisanov, Günay İbrahimli, Aysel Əlizadə, Kərim, Aşıq Samirə, teleaparıcı Nanə Ağamaliyeva, Coşqun və Rafael başqaları iştirak edirdi.