Əlaqə Arxiv
news Image
2012.06.16
19:02
| A A A
Rihanna “Facebook”da Bakıdan danışdı - Foto
Movqe.az xəbər verir ki, Rihanna sosial şəbəkədə hər kəsi Bakıdakı konsertinə dəvət edib. 

Məşhur dünya ulduzu Rihanna facebook səhifəsindəki statusunu oktyabrın 6-da "Baku Crystal Hall" səhnəsində gerçəkləşəcək solo konsert proqramına həsr edib.

 Müğənninin Bakıdakı konsertinin təşkilatçısı "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkətinin PR və marketinq direktoru Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, Rihanna sosial şəbəkədə hər kəsi Bakıdakı konsertinə dəvət edib. O, statusunda konsertin anonsunu verib və Bakıya gələcəyindən qeyd edib.

 Dünya şöhrətli müğənni xüsusilə Bakı tamaşaçısı üçün eksklüziv şou nümayiş etdirəcək. Müğənni ilə birgə Amerikadan Bakıya 80 nəfərə yaxın komanda üzvləri də gələcək.

Türkan Nadirqızı

Movqe.Az


Sizin Reklam Yeriniz