Əlaqə Arxiv
news Image
2014.03.17
12:18
| A A A
Aşıq Samirənin 2-ci həyat yoldaşından ayrılma səbəbi bəlli oldu
Hər həftənin bazar günü bir məşhurun evində qonaqlıq təşkil edən jurnalist Tahirə Məmmədqızı bu dəfə də təzəlikcə əməkdar artist fəxri adına laiq görülən aşıq Samirənin evində qonaq olub. Mövqe.az xəbər verir ki, hər iki həyat yoldaşından ayrılan Samirə ürəyini "Qonaqlıq"da açıb. Aşığın rəfiqəsi Samirənin ikinci həyat yoldaşı Rizvandan ayrılmasında səbəb kimi qara qüvvələrin rolunu açıqlayıb : " Bu ailə sevgi üzərində qurulub. Və o sevgi hələ də var. Mən əminəm ki, bu ailə yenidən birləşəcək". Samirə özü isə hər şeyi qismət adlandırıb : "Mən sevmişəm və sevilmişəm. Bunu əminliklə deyirəm.  Biz ayrılsaq da, o demək deyil ki, sevgi yoxdur. Xeyr! Hər ikimizin səhvi oldu. Bu boşanmada hər ikimiz günahkarıq. Təxmini 5-6 ay olar ayrılmışıq. Məni qınayanlara demək istəyirəm ki, bu ailəni qurmamışdıq ki, dağıdaq. Bəlkə də sevgimiz gözümüzü kor etmişdi. Ailə qurandan sonra isə anladıq ki, baxışlarımız, dünyagörüşümüz fərqli idi".


Xatırladaq ki, "Qonaqlıq" verlişi hər həftənin bazar günü  saat 09:45 -də  "Space" telekanalında tanınmış jurnalist Tahirə Məmmədqızının təqdimatında yayımlanır.


Verlişin informasiya dəstəyi Mövqe.az saytına aiddir. 

Sizin Reklam Yeriniz