Əlaqə Arxiv
news Image
2014.03.17
12:55
| A A A
Rafael Coşqunu xəstəxanalıq etdi

"Bu şəhərdə"nin prodüseri Müşfiq Abbasov Coşqun Rəhimovun səhhətinin pisləşməsi haqda yayılan xəbərlərə münasibət bildirib. 


Mövqe.az  "Qafqazinfo"ya istinadən bildirir ki, prodüser aktyorun qabırğasının əzildiyini qeyd edib:


"Konsertdə bir səhnəcik vardı, Rafael çiyni ilə Coşqunu vururdu.  Zərbədən Coşqunun qabırğası əzilib. Konsert zamanı səhnə arxasında Coşquna Təcili Tibbi Yardım göstərildi, ağrıkəsici vuruldu, səhnəciklər davam etdirildi. Biz elə bildik ki, qabırğası sınıb, xəstəxanaya apardıq, rentgen etdilər. Ciddi bir xəsarət yoxdur, qabırğası əzilib. Konsertlərə ağrıkəsici vurulduqdan sonra çıxır.Hər şey normaldır".

Sizin Reklam Yeriniz