Əlaqə Arxiv
news Image
2014.03.17
14:54
| A A A
Yeni imicdə olan Dilarə Elzanı ələ saldı - FOTOLAR- ÖZƏL

"Çal-çağır Dilarə" kimi yaddaşlara həkk olan sevimli və tanınmış aktrisa, aparıcı Dilarə Əliyevanın son zamanlar geyimləri  ilə sanki müğənni Elza Seyidcahanı xatırladır. Mövqe.az-a bu barədə danışan Dilarə xanım belə açıqlama verib : "Mənim geyimlərim elədir ki, Elza Seyidcahan istirahət edir ... Əslində mənim yox, "3 bacı" serialında oynadığım obraz olan Səadət çox qlamur, al-əlvan rəngləri, qabardılmış modanı dəstəkləyən, çox cəsarətli geyimlər geyinən və ən əsası bu geyimləri gündəlik həyatında mütamadi istifadə edən baxımlı xanımdır. Həmin geyimləri üzərində daşımaq da insanda cəsarət tələb edir. O baxımdan deyə bilərik ki, Sədaət çox cəsarətli xanımdır".

 Dilarə Əliyeva Səadət obrazı üçün xüsusi modelyer ilə əməkdaşlıq edir : " Səadətin bütün geyimləri peşəkar modelyer Zemfira Qurbanovaya aiddir. Serial başlayan gündən bir dəfə də mən təkrar geyim geyməmişəm. Ən qeyri-adi geyimləri mənə təqdim edir. Hər həftə  2-3 geyim mənim üçün xüsusi hazır edir. Tamaşaçı nə qədər bizim serialı gözləyirsə, eləcə də Səadət obrazının təqdim etdiyi al-əlvan, fərqli geyimləri gözləyir".

 Dilarə ilə Səadətin geyimləri arasında olan fərqdən də danışan aktrisa bildirib : " Bizim geyimlər tamam fərqlidir. Mən çox ciddi geyinirəm. Efirdə və gündəlik həyatda  geydiyim geyimləri elə seçirəm ki, geyim məndən önə çıxmasın. Əsas diqqət mərkəzində özüm olum. Ön planda əsas mən olum".

Fotolar TAR Productionun fotoqrafı Nicat Şamilova aiddir. 



Sizin Reklam Yeriniz