Əlaqə Arxiv
news Image
2014.03.19
14:29
| A A A
"Qalmaqal istəsəm tam lümlüt soyunaram" -video

Bir müddət öncə yayılna açıq-saçıq şəkillərinə görə gündəmə gələn gənc müğənni Sevinc Ağaşirinova bu barədə show.az-a video müsahibə verib. Müğənni yayılan şəkillərə görə ailəsində problem, hətta həyat yoldaşı ilə inciklik yaşadığını bildirib. Qalmaqallardan uzaq gəzməyə çalışsa da, verilişlərin birində "əcəb etmişəm, şəkil çəkdirmişəm" söyləməsi yenidən aləmi qatıb bir-birinə. Müğənni "istəsəm lüt soyunaram, qalmaqal yaradaram" deməsindən sonra gələcəkdə bunu edəcəyini də inkar etməyib. 

"Həyatda hər şey ola bilər. Çünki insan heç nədən sığortalanmayıb. Mən müğənniyəm. Məndən hər şey gözləmək olar. Bəyən təkcə mən soyunuram ki, hamı məni qınayır. O verilişdəki ekspertlərdən biri haqqında elə faktlar bilirəm ki, söyləsəm inana bilmərsiz. Hansı ki, özü məni qınayırdı. Haqqımda danışmağı, müzakirə etməyi qadağan edirəm." 

Bir müddət öncə evində ilan saxladığını bildirən Sevinc hamiləlik dövründə onu uzaqlaşdırdığını, lakin yenidən geri qaytardığını bildirib. Qalmaqallı müğənninin eksklüziv video müsahibəsini izləyə biləriniz.



Sizin Reklam Yeriniz