"Allah mərdiməzarlara lənət eləsin!"
Anar Nağılbaz mərhum həmkarı Hüseyn Dərayadan
danışdı: "Qardaşlarım,bacılarım! Bu dəqiqə bir xəbər
eşitdim,inanmaq istəmirəm vallah, heç zaman heç kimə biz pislik
arzu eləməmişik! Əgər elədirsə, Allah rəhmət eləsin! Allah ailəsinə
səbr versin! Allah qıcıqlandırıb düzgün olmayan fikirləri
formalaşdıran,araqarışdıran jurnalistlərin də cəzasını versin,
inşallah! Hüseyn Dəryanın sənəti haqqında hər zaman yaxşı fikirlər
dilə gətirmişəm,yeni tərz,üslub etdiyini demişəm,çalışmışam
bacardığım qədər kömək-dəstək olum,qalmaqalları öz adıma yazıb, onu
bu yola qızışdıranlardan uzaq edim. Vallah, çox pis oldum! Allah
mərdiməzarlara lənət eləsin! Allah sənə rəhmət eləsin, Hüseyn! Sən
"AzRepə" öz töhfələrini verdin!"