Əlaqə Arxiv
news Image
2014.03.24
08:58
| A A A
"Hüseynin meyidini yerdən şou-biznes nümayəndələri götürməli idi" - ifşa etdi - VİDEO
Müğənni Rəqsanə İsmayılova martın 15-də avtomobil qəzası keçirərək dünyasını dəyişən reper Hüseyn Dəryanın qəbrinin üstünün götürülməsi ilə bağlı xərcləri ödəmək istədiyi barədə artıq xəbər vermişdik. Mövqe.az xəbər verir ki, müğənni dəfndə iştirak etməyən  şou-biznes nümayəndələrini də ifşa edib: "Biz ya bir-birimizin ölümünə sevinirik, ya da ki, artıq  bir-birimizin ölümü bizim üçün o qədər önəmli deyil. Niyə biz belə günlərdə bir-birinin yanında yoxuq ? Hüseynin yaşadığı həyatı Allah etməsin bizim övladımız da yaşaya bilər. Hüseyn Dəryanın yasında hamı orada olmalı idi, hamı ona dəstək olmalı idi. Hüseynin meyidini yerdən şou-biznes nümayəndələri götürməli idi. Heyf bu şou-biznesin içində biz də varıq. Bu gün hamımız üçün var. Xalq artisti ölən kimi hamı gedir, yığışır həmin məkana... Elə insana kömək olmaq lazımdı ki, onun meyidini yerdən götürməyə ailəsinin imkanı yoxdu. Məsələn Hüseyn kimi... 



Sizin Reklam Yeriniz