Bekhem özünə stadion tikəcək
min nəfərlik olacaq. Onun daxilində gecə klubu, restoran, mağazaların olması belə planlaşdırılır.
Bekhem və ortaqları stadionu heç bir dövlət dəstəyi olmadan inşa etməyi planlaşdırır. Stadionun Mayami limanında inşaası planlaşdırılır. Bu bölgə ilə bağlı qərarın 6 ay içində veriləcəyi gözlənilir. Əgər adıçəkilən ərazidə tikinti icazəsi ala bilməsələr alternativ olaraq 4 variant təklif ediləcək.
Stadion Avropa tərzində olacaq. Belə ki, burada oturacaqlar stadiona daha yaxın yerləşdiriləcək, onun damı isə dalğavari olacaq.
Qeyd edək ki, futbolçu kimi kariyerasını başa çatdıran Bekhem öz futbol komandasını qurur. O, komandada ən yaxşı oyunçuların olacağını bildirmişdi.