Əlaqə Arxiv
news Image
2014.03.25
13:03
| A A A
Vüsalə böyrəyini ona verən anasını belə təbrik etdi !
Aparıcı Vüsalə Əlizadə anasının doğum gününü sosial şəbəkə vasitəsilə təbrik edib. Mövqe.az xəbər verir ki, aparıcı onu ikinci dəfə həyata qaytaran, öz böyrəyini balasına qurban verən fədakar anasını belə təbrik edib: "Bu gün dünyanın ən gözəl, ən layiqli, ən fədakar anası, mənim huri-mələyim, gözəl anam. Lütviyyə xanımın doğum günüdür.

Ömrünün 54-cü baharını yaşayan gözəl anam illər saçlarına dən salsa da, üzündəki nur, gözlərindəki dərin məna, o böyük ürəyə sahib olmağın həmişə sənə güc, qüvvət, qürur verir. Mənim həyat qaynağım, yaşam gücüm, var olmağımın səbəbkarı gözəl anam. Nə yaxşı ki, varsan, nə yaxşı ki, mənimsən, mənim anamsan. Allahım səni həmişə var eləsin. Amin!

Hər qadın dünyaya övlad gətirə bilər. Amma hər qadın ana adına layiq olmur, bu adı qazana bilmir. Bu adın qarşısında baş əyirəm. Kaş ki, mən də sənin kimi ana olum. Cənnət anaların ayağı altındadır. Sən cənnəti bu dünyada, sağlığında qazanmış bir mələksən.

Mənim huri-mələyim, yaşadıqların, çəkdiyin əziyyətlər, həyat sınaqların, 5 övlad böyüdüb boya-başa çatdırmaq, həm də cəmiyyətə layiqli övlad kimi onları yetişdirmək yalnız sənin kimi güclü qadının əziyyətinin bəhrəsi ola bilər.

Sənə həsəd aparıram, gül üzlüm, canını, qanını, ömrünü-gününü, gəncliyini fəda edən anam, sənə canım qurban. Mən sənin əziyyətini, hardan, nədən, kimdən bu qədər güc alıb, ayaqda durmağı bacardığını ana olduqdan sonra dərk etdim. Bəli, çoxları məni qısqana bilər, çünki, mnim sənin kimi anam, arxam, gücüm, qüvvətim var.

Yaşamağımın, var olmağımın, na olmağımın səbəbkarı, huri-mələyim, var ol, həmişə mənim ol. Allah səni mənə, ailənə, balalarına çox görməsin inşaallah. Mən səni sevirəm, anacan.

Gözəl qadın, gözəl ana, allahımın ən gözəl bəxşişi, həmişə varım ol. Allahım səni bütün xəta-bəlalardan, pisliklərdən, pis gözdən, nəzərdən hifz eləsin. Amin, ürəyim, gözəl anam."

Sizin Reklam Yeriniz