Ramal: “Biletini alma” mahnısını Günay İbrahimliyə yazmışam”
Son zamanlar medianın gündəmindən düşməyən Ramal
İsrafilov və Aygün Kazımova məsələsi bitmək bilmir.
Movqe.az ans press-ə istinadən
bildirir ki , ifaçı və bəstəkar Ramal
maraqlı açıqlamaları ilə yadda qalıb. O bildirib ki, xalq
artistinin ifa etdiyi "Biletini alma" mahnısını əslində gənc
müğənni Günay İbrahimli üçün yazıb. Ramal bu barədə yerli
telekanallardan birində yayımlanan veriliş vaxtı söhbət
açıb.
İfaçı qeyd edib ki, həmin mahnı barədə həqiqətləri bu günə qədər heç kim bilməyib. Bu barədə danışmaq istəmədiyini, amma bəzilərinin "qorxdu" sözünü işlətməyini istəmədiyindən doğruları demək qərarına gəlib. Mahnının Günay İbrahimli üçün yazılmağına baxmayaraq baxmayaraq qonorar məsələsi ucbatından Günay ifa etməyib.
"Əslində sözügedən mahnını Günay İbrahimliyə yazmışdım. Ortada müəyyən qonorar söhbəti oldu.Daha sonra Aygün Kazımovanın pərəstişkarı, işçisi Kazım Sübhan xahiş etdi ki, "Biletini alma"nı xalq artisti səsləndirsin. Razılaşdım. Aygün xanımla duet oxumalı idik. Bir həftə sonra isə mahnını Aygün xanımın ifasında eşitdim. Bu da mənə xoş gəlmədi. İfası məni qane etmədi. Aygün xanımdan elə ifa gözləmirdim".
Bundan əlavə olaraq Ramal ötən günlərdə Aygün xanımın onun barəsində "Ramal çaşma" sözünü xalq artistinə yaraşdırmadığını vurğulayıb: "Nə olsun mən gəncəm? Çıxıb efirdə dedi "Ramal, çaşma". Aygün xanım, bu sözlər sizə yaraşmır".