Müğənnini ayaqüstə alqışladılar
Müğənni Cəvahir Abdulova yaradıcılıq səfərindən qayıdıb. Mövqe.az
xəbər verir ki, bir neçə gün əvvəl Moskva şəhərində təşkil edilən
bayram konsertinə bir çox respublikadan tanınmış ifaçılar qatılıb.
Bayram əhval-ruhiyyəli repertuar təqdim edən Cəvahir xanımın ifası
ayaqüstü alqışlarla qarşılanıb. Bir çox millətlərin dinlədiyi
konsertdə Azərbaycanın musiqiləri ilə yanaşı Dağıstanın xalq
artisti Roza Maksumova, Dağıstanın məhşur "Ləzginka" rəqs qrupu,
Kamerundan Pyee Aydjo, Braziliyadan Sezar və başqalarının canlı
ifaları səslənib.
Cəvahir Abdulova musiqilərimizi dinlətməklə yanaşı, milli bayramımız olan "Novruz", onun adət-ənənələri haaqında izləyiciləri məlumatlandırıb.
Qeyd edək ki, bu konserti Nizami Abdulhəmidoğlu təşkil edib və o, Azərbaycandan C.Abdulovanın səsyazısını dinləyərək dəfələrlə təşkil etdiyi konsertlərə dəvət edib.