Əlaqə Arxiv
news Image
2012.06.19
13:08
| A A A
Növbəti qalmaqal: Tolik və Brilliant Dadaşova - Foto
Movqe.Az xəbər verir ki, Tolik Brilliant Dadaşovanın Türkiyədə ki, fəaliyyətindən danışıb. 

Qeyd edək ki, bu insident televiziya proqramı "Gün keçir" verilişində baş verib. Azərbaycanın məşhur  prodüseri Tolikin sözələrinə görə, baxmayaraq ki, B.Dadaşova uzun illərdir ki, Türkiyədə yaşayır, oranın şou-biznesindən kənardır. O iddia edir ki, müğənni Türkiyədə heç bir şou-proqrama qatılmır.

Lakin bunu görən Brilliant Dadaşovada sakit qalmadı. O, telefon bağlantısı ilə, Tolika cavab vermək qərarına gəldi.

"Mən əgər susuramsa bu o demək deyil ki, mənim Türkiyədə heç bir fəaliyyətim yoxdur. Mən heç bir qalmaqala qatılmaq istəmirəm. Mən elə bir insanam ki, elədiyim işlərdən danışmıram. O, ki qala proqramlara, mən hər zaman Türkiyənin məşhur proqramlarına qatılıram. Sadəcə bunu yaymıram.

Türkiyədə 15 il fəaliyyət göstərən müğənnilər heç məşhur deyillər. Mən azərbaycanlı müğənni olaraq necə məşhur ola bilərəm? Bunuda düşünmək lazımdır. Lakin bütün bunlara baxmayaraq, mən Türkiyədə kifayət qədər sevilirəm və tanınıram", - deyə müğənni bildirib.

Türkan Nadirqızı

Movqe.Az


Sizin Reklam Yeriniz