Əlaqə Arxiv
news Image
2014.03.28
11:14
| A A A
Əməkdar artist "bankrot" olub

Əməkdar artist Nüşabə Ələsgərli daha bizneslə məşğul olmur. 


Bu haqda Axşam.az-ın müxbirilə söhbətində sənətçi özü deyib. O, bundan sonra yalnız oxumaqla gəlir əldə edəcəyini deyib: 


"Bir vaxtlar əlavə bizneslə məşğul olurdum. Artıq buna son verdim. İşim o qədər çox olurdu ki, biznesə vaxtım qalmırdı. Bu işin mənlik olmadığını başa düşdüm və dayandırdım. İndi ancaq toylardan pul qazanıram". 


Novruz bayramında Almaniyanın iki şəhərində konsert verən N.Ələsgərli istirahət etməyə də vaxt tapıb:


"Üç gün gəzdim, dincəldim. Özüm və yaxınlarım üçün alış-veriş etdim. Çoxlu üz baxım vasitələri almışam. Ümumiyyətlə, bu cür qulluq vasitələrindən çox istifadə edirəm".


Sizin Reklam Yeriniz