Əlaqə Arxiv
news Image
2014.03.28
12:27
| A A A
Müğənni canlı yayımda meymundan qorxub, qaçması barədə danışdı - video - özəl

Müğənni Rəşad İlyasovun başına iş gəlib. Mövqe.az xəbər verir ki, canlı yayımda meymunun hücumuna məruz qalan müğənni özünü itirib. Meymundan çox qorxan müğənni efirən qaçıb. R. İlyasovun bu  hərəkəti sosial şəbəkə istifadəçiləri tərəfindən gülüş obyektinə çevrilib. Müğənni özü isə bu barədə Mövqe.az-la fikirlərini bölüşüb : " Əslində mən qorxmadım. Sadəcə mən heyvanlardan çox iyrənirəm. Adicə bağda otururam pişik keçəndə qalxıram ki, ayağıma toxunmasın. Ya uşaqlarım babasıgilə gedəndə iti öpürlər, qucaqlarına götürürlər. Amma mən xoşlamıram. Heyvan həyətdə olar. Heyvan boğazına ip salıb, efirə çıxartmaq üçün deyil. Xoşlamıram belə şeyləri... O video barəsində onu deyim ki, düzdü iyrənib, qaçdım. Amma bu o demək deyil ki, mən heyvanları sevmirəm. Sadəcə iyrənirəm. Heç heyvanlara da yüksək səs, o qədər işıq filan olmaz. Həmin verlişdə iştirak edən mütəxəssis də bunu təsdiqlədi. Həmin işıqlar və yüksək səs meymunda refleks yaratmışdı və o da mənə hücum etdi". 


Sizin Reklam Yeriniz