Əlaqə Arxiv
news Image
2012.06.19
13:20
| A A A
Aygün Kazımova Türkiyə şou-biznesinə əl atdı – Foto
Movqe.Az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi və xalq artisti Aygün Kazımova Türkiyə şou-biznesinə qatılıb. 

Populyar müğənni Aygün Kazımova məqsədinin Türkiyə şou-biznesinə qatılmaq olduğunu bildirib.

"Mənim məqsədim, məsz, Türkiyə şou - biznesinə qoşulmaqdır. Və mən bunu reklam xatirinə və yaxud qalmaqal yaradaraq etmirəm.  Mənim məqsədim çox ciddi idi. Və düşünürəm ki, istədiyimə də nail oldum.

Qeyd edim ki, Türkiyədə çox güclü mənim piarım getdi. Bu isə mən yox, şirkətim tərəfimdən çox gözəl şəkildə aparıldı.

Hal-hazırda mənim piarım Türkiyənin çox məşhur "Hürriyet" qəzetində başladı. Və indi məşhur jurnallarda davam edir.

Bu mənim məqsədim idi. Mən qalmaqalla yox sənət ilə və düzgün işlərim ilə bu sənətdə qalıram", - Aygün Kazımova bildirib.

Türkan Nadirqızı

Movqe.Az


Sizin Reklam Yeriniz